Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan investorlara çağrış edib. FED.az xəbər verir ki, son zamanlar dolların məzənnəsinin yüksəlməsi, infilyasiyanın 15%-i keçməsi və iqtisadiyyata inamın azalması Türkiyə iqtisadiyyatına ağır zərbə vurub. İnvestorlar ölkəni tərk edirlər. Məhz buna görə Türkiyə prezidenti investorlara çağrış edib.
Ərdoğan «Buradan beynəlxalq sərmayəçiləri, ölkəmizdəki sərmayəçiləri, bütün maliyyə aləmini Türkiyənin gələcəyinə güvənməyə dəvət edirəm. Türkiyəyə bu gün investisiya edənlər, sabah ən çox qazanclı çıxanlar olacaq. Böyük investorların həmsöhbəti artıq birbaşa Prezident olacaq»-deyə bildirib.
Partiya Qrup Yığıncağında danışan prezident Ərdoğan, işsizliyin qısa müddətdə tək rəqəmli olacağını, bu ildən etibarən iqtisadiyyatda qoyulan hədəflərimizə çatacağlarını deyib. Qeyd edək ki, Türkiyədə işizlik 10% yaxındır bu da investorları qorxudan səbəblərdən biridir. Ərdoğan həmçinin bildirib ki, sərmayəçilərə hər hər cür dəstəyi verməyə hazırıq.
Mərkəzi Bankın ehtiyatlarına da toxunan prezident heç bir narahatçılığa əsas olmadığını bildirib. Belə ki, seçkilərdən əvvəl Mərkəzi Bankın ehtiyatları 2 milyard dollar azalaraq 100 milyarda düşmüşdü, lakin indi yenidən yüksələrək 102 milyard yüksələrək əvvəlki, vəziyətə qayıdıb.
Ərdoğan: «İnvestorlara şəxsən zəmanət verirəm»
16:18
24 İyul 2018