İqtisadiyyat Nazirliyinin Kollegiyası “İnvestisiya təşviqi sənədinin alınması üçün ərizənin forması”nda dəyişiklik edib.
Kredit təşkilatları girov əmlaka görə əlavə vergi xərcindən - AZAD OLUNUR
FED.az xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.
Qərara əsasən, sahibkarlardan investisiya təşviqi sənədinin alınması üçün vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti tələb edilməyəcək.
Nazirliyin Hüquq Şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.