Miqrasiya Məcəlləsinə yeni əlavə edilir. Belə ki, artıq bundan sonra Azərbaycanın iqtisadiyyatına ən az 500 min manat məbləğində investisiya etmiş şəxslərdən ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaitin olması barədə sənəd tələb olunmayacaq. FED.az xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə yeni 53.2-1-ci maddəsi əlavə edilir.
Təklifə görə, Azərbaycan Respublikasının iqtisadiyyatına azı 500 min manat məbləğində investisiya edən şəxslərdən bu Məcəllənin 53.1.7-ci maddəsində nəzərdə tutulan sənəd tələb olunmayacaq.
Azərbaycana 500 min manatlıq investisiya edən şəxslərdən bu sənəd tələb olunmayacaq
16:48
17 May 2019