Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Pakistanın xarici işlər naziri İshaq Dar arasında telefon danışığı olub.
FED.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanın Pakistana 2 milyard dollar dəyərində investisiyasının reallaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə arasındakı əlaqələrin səviyyəsindən məmnunluq ifadə ediblər və bu əlaqələrin daha da inkişaf etdiriməli olduğu ilə bağlı razılığa gəliblər.
Xatırladaq ki, Azərbaycanın Pakistana 2 milyard dollar məbləğində investisiya yatırması barədə müqavilələr bu ölkənin baş naziri Şəhbaz Şərifin 2025-ci ilin fevralındakı səfəri zamana imzalanıb.
Azərbaycan bu vəsaiti Pakistanda müxtəlif sahələrə yatıracaq, söhbət neft və qaz yataqlarında kəşfiyyat, bərpa olunan enerji mənbələrindən istifadə, enerji effektivliyi, eləcə dövlət müəssisələrinin özəlləşdirilməsi kimi sahələrə yatıracaq. Yeri gəlmişkən, Azərbacyan Pakistanın dövlət müəssisələrinin özəlləşdirilməsi layihələrinə böyük maraq göstərir.
Bundan başqa, həmin səfər zamanı Azərbaycanın Pakistanda avtomobil yollarının tikintisi və sair infrastruktur layihələrində iştirakı da müzakirə edilib.











