Bakıda mənzil alarkən seçim meyarları artıq təkcə qiymət və lokasiya ilə məhdudlaşmır. Alıcılar yaşadıqları mühitə, yaşıllıq sahələrinə, təhlükəsizliyə və kompleks daxilində təqdim olunan imkanlara daha çox diqqət yetirirlər.
Bu baxımdan paytaxtın ən böyük yaşayış komplekslərindən biri olan "Park Yasamal" alıcıların marağını cəlb etməyə davam edir. Yasamal rayonunda yerləşən layihə şəhərin əsas nəqliyyat istiqamətlərinə yaxın olmaqla yanaşı, sakinlərinə daha rahat və komfortlu yaşayış mühiti təqdim edir.
Kompleksdə 42 kv.m-dən başlayaraq 120 kv.m-dən çox sahəyə malik 2, 3 və 4 otaqlı və studiya mənzillər mövcuddur.
"Park Yasamal"ın əsas üstünlükləri sırasında geniş yaşıllıq sahələri, park və istirahət zonaları, idman və uşaq meydançaları, avtomobilsiz həyət konsepsiyası, 24/7 təhlükəsizlik sistemi və zəngin daxili infrastruktur yer alır.
Kompleksin yaxınlığında məktəb, bağça, market, kafe-restoran və digər vacib xidmət obyektlərinin olması da sakinlərin gündəlik rahatlığını təmin edir.
Mənzil almaq istəyənlər üçün 20 ilədək ipoteka, 36 ayadək daxili kredit və "Evini hissə-hissə al" kampaniyası kimi müxtəlif maliyyələşdirmə imkanları təqdim olunur.
Ətraflı məlumat üçün satış ofisinə müraciət edə və ya *1544 nömrəsi ilə əlaqə saxlaya bilərsən.





![Yasamalda mənzil almaq istəyənlər üçün geniş seçim: [red]"Park Yasamal"da yeni mənzillər![/red] | FED.az](upload/news/small/2784097.jpeg)
![Yasamalda mənzil almaq istəyənlər üçün geniş seçim: [red]"Park Yasamal"da yeni mənzillər![/red] | FED.az](upload/news/small/1721693.jpeg)
![Yasamalda mənzil almaq istəyənlər üçün geniş seçim: [red]"Park Yasamal"da yeni mənzillər![/red] | FED.az](upload/news/small/451559.jpeg)
![Yasamalda mənzil almaq istəyənlər üçün geniş seçim: [red]"Park Yasamal"da yeni mənzillər![/red] | FED.az](upload/news/small/280716.jpeg)
![Yasamalda mənzil almaq istəyənlər üçün geniş seçim: [red]"Park Yasamal"da yeni mənzillər![/red] | FED.az](upload/news/small/4111343.jpeg)









