Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Zeytun Pharmaceuticals" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 221.3. maddəsinə əsasən protokol tərtib edib.
“Zeytun Pharmaceuticals” vergi ödənişini – 5 MİLYON MANATDAN ÇOX AZALDIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.7. maddəsini pozub.
Belə ki, "Zeytun Pharmaceuticals" MMC dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı
həddindən baha satıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 221.3. maddəsinə əsasən “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışına görə vəzifəli şəxslər 1 000 - 1 500 manat, hüquqi şəxslər 3 - 5 min manat məbləğdə cərimə edilir.














