Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Bazarstore" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1. maddəsinə əsasən protokol tərtib edib.
“Bazarstore” müştəriləri aldadıb: Məhsul üzərindəki qiymətdən - BAHA SATILIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndini pozub.
Belə ki, "Bazarstore" MMC qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.1. maddəsi mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasından bəhs edir. Bu maddəyə görə, fiziki şəxslər 350 - 500 manat məbləğdə, vəzifəli şəxslər 1 500 - 2 000 manat məbləğdə, hüquqi şəxslər 4 000 - 6 000 manat məbləğdə cərimə edilir.















