Olimp Hospital və Acıbadem klinikalar şəbəkəsi arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.
Hər il Azərbaycandan minlərlə xərçəng xəstəsi Türkiyəyə müalicəyə gəlir - MÜSAHİBƏ
FED.az xəbər verir ki, açılış mərasimində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Daha sonra iştirakçılara Acıbadem klinikalar şəbəkəsinin və Olimp Hospitalın tanıtım çarxları təqdim olunub.
Mərasimdə çıxış edən Olimp Hospitalın direktoru Ruslan Rzayev bildirib ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri yalnız iqtisadi və siyasi sahələrlə məhdudlaşmır, səhiyyə istiqamətində də davam edir. Onun sözlərinə görə, imzalanan razılaşma bunun bariz nümunəsidir.
R. Rzayev qeyd edib ki, bu memorandum sadəcə bir sənəd deyil, bilik və təcrübə mübadiləsi, eləcə də pasiyentlər üçün tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində atılan mühüm addımdır. O vurğulayıb ki, Olimp Hospitalın həkimləri dünya təcrübəsindən faydalanaraq əldə etdikləri bilikləri ölkəmizdə tətbiq edəcəklər.
Daha sonra Acıbadem Sağlamlıq Qrupunun Beynəlxalq Biznes İnkişafı Direktoru İlyas Benveniste çıxış edib.
O bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri səhiyyə sahəsinə də daşınır. İ. Benveniste Acıbademin tibbi sahədə müasir texnologiyalara sahib olduğunu və əsas prioritetlərindən birinin pasiyent məmnuniyyəti olduğunu qeyd edib.
Onun sözlərinə görə, Olimp və Acıbadem həkimləri birgə fəaliyyət nəticəsində böyük təcrübə qazanacaq və imzalanan memorandum bu əməkdaşlığın başlanğıcıdır.
Daha sonra Ruslan Rzayev və İlyas Benveniste arasında əməkdaşlıq memorandumu imzalanıb.
Mərasimin sonunda Olimp Hospital tərəfindən Acıbadem klinikasına xatirə hədiyyəsi təqdim olunub.





![Olimp Hospital və Acıbadem klinikalar şəbəkəsi arasında - [red]ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB[/red] | FED.az](upload/news/small/2224280.jpeg)
![Olimp Hospital və Acıbadem klinikalar şəbəkəsi arasında - [red]ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB[/red] | FED.az](upload/news/small/2870601.jpeg)









