Bu günə qədər dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 1,1 milyard manatdan artıq vəsait axil olub.
FED.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Bakıda «RecExPO» Beynəlxalq Daşınmaz Əmlak sərgisi çərçivəsində keçirilən «Daşınmaz Əmlak, Özəlləşdirmə, İnvestisiyalar» mövzusunda konfransadakı çıxışı zamanı bildirib. "Dövlət əmlakının özəlləşdirilməsi prosesində ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Rusiya, Çin, Finlandiya və İsrail kimi ölkələrin şirkələri iştirak edib", - deyə K.Həsənov bildirib.
Onun sözlərinə göərə, builin əvvəlindən etibarən ƏMLK 60 özəlləşdirmə hərracı keçirib, bu hərraclarda 1400 mindən artıq dövlət obyekti satılıb. Gələcəkdə isə daha byöük obyektlərin özəlləşdirilməsi nəzərdə tutulur. "Biz iri dövlət obyektlərinin özəlləşdirilməsi prosesinə xarici investorların cəlb edilməsində çox maraqlıyıq Bu gün maşınqayırma, neft maşınqayırması, metallurgiya, yüngül sənaye, idman, turizm və başqa sektorlardakı obyektlərin özəlləşdirilməsi üçün geniş imkanlar var. Xarici investorları dəvət etməklə biz bəyan ediri ki, onların fəaliyyəti üçün bütün dəstəyə verməyə hazırıq", - deyə ƏMDK rəhbəri bildirib.
Daha böyük dövlət müəssisələrinin satışı başlayır – ANONS
18:01
29 Noy 2017