Bakıda biznes mərkəzlərində ofislərin aylıq kirayə haqqı 10-47 manat arasında dəyişir. Belə ki, yerləşdiyi əraziyə, prestijinə və ölçülərinə görə hər kvadrat metrin icarə qiyməti dəyişir. Həmçinin bəzi biznes mərkəzləri kommunal xərcləri ümumi qiymətə daxil etsə də, digərlərində bu xidmət keçərli olmur. Bunun üçün ayrıca ödəniş etmək tələb olunur.
Eləcə də bax:Elan saytlarında kirayə ev axtaranları - Belə Aldadırlar
FED.az Banker.az-a istinadən Bakıda yerləşən biznes mərkəzlərində icarəyə verilən ofislərin qiymətlərini təqdim edir.
Qeyd edək ki, Esra Plaza hal-hazırda boş ofisinin olmadığını bildirib, Caspian Plaza isə ofis icarəsinin 1 aylıq, 6 aylıq və 1 illik müddətə icarəyə verildiyini bildirib.