Quba rayonunun Zərdabi qəsəbəsi ərazisində qanunsuz inşa olunan tikili sökülüb.
“Abdulla” yeməkxanası bağlandı - FOTOLAR - VİDEO
FED.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, qəsəbə ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində fiziki şəxs tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Quba Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.