Dekabrın 17-də Prezident İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər.
FED.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bəyanatında deyib:
Eləcə də bax: “NEQSOL Holdinq” cəlb etdiyi 734 milyon dollar kredit ilə - UKRAYNADAKI OPERATORU ALIB
"Əminəm ki, qarşılıqlı sərmayə qoyuluşu hər iki ölkənin mənafelərinə xidmət edir, burada müxtəlif birgə layihələrdən söhbət gedə bilər. Məsələn, Azərbaycanın mobil operatoru olan “Bakcell” tərəfindən “Vodafone Ukrayna”nın səhmlərinin alınması yaxşı bir nümunədir. Bu, bizim bu sahədə olan xidmətlərin yüksəldilməsinə kömək edəcəkdir. Bununla yanaşı, mən Azərbaycan şirkətlərini də Ukraynada özəlləşdirmədə fəal iştiraka dəvət edirəm. Artıq 10 ildir ki, SOCAR Ukraynada uğurla fəaliyyət göstərir. Biz də əlimizdən gələni edəcəyik ki, neft-qaz məhsullarının hasilatı və daşınmasına da hər cür dəstək göstərək".
Xəbər verdiyimiz kimi, Azərbaycanın “NEQSOL Holdinq” şirkətlər qrupuna daxil olan "Bakcell" şirkəti “Vodafone Ukrayna” şirkətini 734 milyon dollara alıb.
Marja