Son zamanlar gənclər arasında yayılan və yaxud reklam olunan video reklamlara baxmaqla qısa müddətdə pul qazanma vəd edən yeni saxta portallar yayılmağa başlayıb.
Eləcə də bax: DİN-dən bank kartları ilə bağlı vətəndaşlara növbəti - XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin açıqlamasında bildirilir.
"VIMEOVIDEO.NET, VIDEOWALLET.NET kimi müxtəlif domen adları altında yayılan belə saxta kompaniyalara qarşı vətəndaşları ehtiyatlı olmağa çağırırıq. Adətən belə videolar hesablarda ödəniş toplandığını göstərir lakin, hesabdakı ödənişin karta ödənmə müddətini qısaltmaq üçün hesab açan tərəfdən əlavə ödəniş tələb edərək onu aldadır", - deyə qurum bəyan edib.