“Microsoft” Çinin “ByteDance” korporasiyasından “TikTok” qısa videolarının yaradılması və onlara baxılması xidmətini almaqda maraqlıdır.
Tramp “TikTok”un bloklanmasını 75 gün təxirə salan fərman imzalayıb
FED.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp bu xidməti əldə etməkdə maraqlı olan digər Amerika şirkətlərinin adlarını açıqlamayıb.
CNBC-nin məlumatına görə, ABŞ administrasiyası “TikTok” səhmlərinin 50%-nin alınması üçün potensial iddiaçıları seçir. Əsas iddiaçılar “SpaceX”, “Tesla” və X şirkətlərinin sahibi İlon Mask və “Oracle” şirkətinin rəhbəri Larri Ellisondur. (Azərtac)