Sosial mediada mütəmadi olaraq yeni trendlər yaranır. Xatırlayırsınızsa bir müddət əvvəl #tenyearschallange adlı trend yaranmışdı. İnsanlar 10 il əvvəlki şəkilini paylaşırdı. Yeni trend isə Faceapp proqramındakı yaşlılıq effektidir.
Eləcə də bax:“Bakcell” bəzi internet paketlərini bahalaşdırır
Bəs nədir bu faceapp?
Snapchat, İnstagram kimi mobil tətbiqlərin effektləri olduqca məşhurdur. Bu effektlər sayəsində ön ya da arxa kamera ilə maraqlı effektlər yaratmaq mümkündür. Ancaq insanların üzünü dəyişdirmək mövzusunda olduqca uğurlu bir tətbiq var: Faceapp. İnsanların üzünə effekt vermək mövzusunda rəqiblərindən çox irəlidə olan bu proqram sayəsində üzünüzü bir anda qocalda və ya cavanlaşdıra bilərsiniz. Proqram neyron şəbəkə texnologiyası əsasında çalışır. Proqramın rəqiblərindən əsas üstünlüyü realistik olmasındadır.
Proqramın qurucusu kimdir?
İllik gəliri milyonlarla dollar olan tətbiq Rusiya istehsalıdır. Faceapp rus proqramçı Yaroslav Goncharov tərəfindən yaradılıb. Yaroslav Goncharov Sankt Peterburq Dövlət Universitetində komputer elmləri fakültəsində təhsil alıb. Microsoft şirkətində proqramçı kimi, Yandex şirkətində mobil proqramlaşdırma şöbəsində müdir kimi çalışıb. 2017-ci ildə Faceapp proqramını yaradıb.
@Techland