Sosial şəbəkə qadağan olunmuş reklam məlumatlarının siyahısını genişləndirdi
SMM-menecerləri və reklam işçiləri həyəcan siqnalı çalır – yaxınlarda Facebook sosial şəbəkədə yerləşdirilən reklamın tələblərini əhəmiyyətli dərəcədə sərtləşdirib. Ekspertlər bildirib ki, kriptovalyuta və ICO-nun reklamına qoyulmuş məşhur qadağa ilə yanaşı, demək olar ki, dünyanın hər yerində fəal şəkildə reklam olunan hər şey qadağa siyahısına düşüb.
Ümumilikdə, Facebook-un etik kodeksi 29 bənd qəti qadağa və daha onlarla şərti icazədən ibarətdir, reklamı yerləşdirmək üçün razılıq verməzdən əvvəl, sosial şəbəkə mütəxəssisləri məlumatı nəzərdən keçirəcək və müsbət və ya mənfi hökm verəcəklər.
Bir sözlə, Facebok bir sıra mütəxəssis cəlb etməli olacaq, həmçinin onların bəzisi əvvəlcədən müəyyən sahə üzrə universitet diplomu alsa, yaxşı olar. Məsələn, tibb və ya maliyyə sahəsində. Əks halda, məsələn, təhlükəsiz qida əlavələrini təhlükəlilərdən necə fərləndirmək olar? Axı sonuncuları sosial şəbəkədə reklam etmək qadağandır.
Qəti qadağaların siyahısı aşağıdakı kimidir:
- Qanunsuz məhsul və xidmətlər.
- İstənilən xüsusiyyətə görə diskriminasiya.
- Tütün məmulatları.
- Dərman və dərmanla bağlı məhsullar.
- Facebook tərəfindən təhlükəli hesab olunan təhlükəli qida əlavələri.
- Silah, döyüş sursatı və ya partlayıcı maddələr.
- Ailə planlaması və ya kontrasepsiya reklamından başqa, böyüklər üçün məhsul və ya xidmətlər.
- Böyüklər üçün məlumatlar.
- Sensasiyalı məlumatlar.
- Fərdi xüsusiyyətlər.
- Aldadıcı məlumatlar.
- Ziddiyyətli siyasi və ya sosial məsələləri kommersiya məqsədləri üçün istifadə edən mübahisəli məlumatlar.
- Müşahidə avadanlıqları (müşahidə kameraları, mobil telefonları izləmə cihazları və s.).
- Mövcud olmayan funksionallıq.
- Şəxsi sağlamlıq (“əvvəl” və “sonra” nəticələrini göstərən reklam).
- “Maaşa qədər” istehlak kreditləri və istiqrazlar
- Şəbəkə marketinqi.
- Skandinaviya hərracları.
- Saxta sənədlər.
- Linklər də daxil olmaqla, casus və ya zərərli Proqram Təminatı.
- Streaming üçün sanksiyalaşdırılmamış qurğular.
- Qadağan olunmuş maliyyə məhsulları və xidmətlər.
Facebook şərti olaraq icazə verilən reklamlar haqda ayrıca qərar qəbul edəcək. Məsələn, spirli içkiləri reklam etmək olar, lakin yerli qanunlar və müəyyən auditoriya seçimi nəzərə alınmalıdır. Tanışlıq xidmətləri isə reklam yerləşdirməzdən əvvəl, yazılı icazə almalıdırlar. Oxşar məhdudiyyətlər onlayn apteklər, dövlət lotereyaları, abunə və maliyyə xidmətləri üçün də nəzərdə tutulub.
Həmçinin, Facebook istifadəçilər/dən məlumatların toplanması üzrə reklam yerləşdirənlər üçün məhdudiyyətlərin siyahısını genişləndirib. Pullu nəşrlərdə hər hansı bir sənəd, şifrə və istifadəçi adı, siyasi mənsubiyyət, cinsi oriyentasiya və bir sıra digər şəxsi məlumatları tələb etmək olmaz.