“Azərişıq” ASC “Facebook” və “Instagram” sosial şəbəkələri vasitəsilə vətəndaş sorğularının qəbuluna başlayıb.
Eləcə də bax: Dövlət qurumu işə - YENİ QAYDA İLƏ GÖTÜRƏCƏK
FED.az ASC-dən "AZƏRTAC"-a verilən məlumata istinadən xəbər verir ki, vətəndaşlar qeyd olunan sosial şəbəkələrdə qurumun rəsmi internet səhifəsi vasitəsilə onları maraqlandıran sualları ünvanlaya, “Azərişıq”la bağlı bütün məlumatları əldə edə bilərlər. Bundan əlavə, müraciətlər “199” Çağrı mərkəzi vasitəsilə də qəbul olunur.