“Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar da "WhatsApp" tətbiqindən imtina edib.
Eləcə də bax: Ərdoğan vatsapdan istifadədən - İMTİNA ETDİ
FED.az Türk mediasına istinadən xəbər verir ki, Bayraqdar bu barədə tvitter hesabında yazıb. O, bundan sonra "BiP", Telegram, Signal kimi tətbiqlərdən istifadə edəcəyini bildirib.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gizlilik prinsiplərinin dəyişməsi səbəbindən “WhatsApp” tətbiqindən imtina edib. (Qafqazinfo)