Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məxfilik siyasətinin dəyişikliyinə görə vatsap messencerindən istifadədən imtina edib.
FED.az xəbər verir ki, bu barədə Türkiyə liderinin mətbuat xidmətinə istinadən “Bloomberg” bildirib.
Qeyd edilir ki, Türkiyə Prezidenti administrasiyası təhlükəsizliklə problemlərinə görə öz qruplarını daha əvvəl vatsapda yaradılmış, “Turkcell Iletisim Hizmetleri AS”-a aid olan BiP proqramına köçürüb. Ərdoğanın ofisi öz bəyanatında jurnalistləri də BiP-ə keçməyə çağırıb.
Həmçinin Türkiyənin Milli Müdafiə Nazirliyi də dövlət başçısının nümunəsindən istifadə edib. “Turkcell”in məlumatına görə, BiP messencerə son gün ərzində Türkiyədən milyona yaxın yeni istifadəçi qoşulub.