«Google» şirkəti ABŞ sanksiyaları tətbiq edilən Rusiyalı siyasətçilərin personal hesablarını bağlamağa başlayıb.
FED.az xəbər verir ki, artıq Rusiya Dövlət Dumasının deputatı, sanksiya tətbiq edilmiş Nina Ostaninanın «Google»dakı şəxsi hesabı və ona bağlı olan «YouTube» kanalı bağlanıb.
«Google» şirkətindən bu barədə gələn xəbərdarlıqda bildirilir ki, hesab şirkətin ixraca qadağa və sanksiya tətbiqi qaydalarına uyğun olaraq bağlanıb və bərpa olunmayacaq.