“Reklam haqqında” qanun Azərbaycan Respublikasının ərazisində olan reklam istehlakçılarına ünvanlanan reklam daşıyıcısı olan rəqəmsal platforma reklamlarına da şamil ediləcək.
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq
FED.az xəbər verir ki, , bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Reklam haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, rəqəmsal platforma təsisçisi reklamın subyektləri sırasına daxil edilir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.