Qəzet və jurnalların reklamlardan illik gəliri 100 manat təşkil edib
2018-ci ildə Azərbaycanda kütləvi informasiya vasitələrinin gəlirləri 65% artıb. Bu zaman qəzet və jurnallarda 100 manatlıq reklam kontenti yerləşdirilib, - bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ötən il KİV-lər reklam materiallarının yerləşdirilməsindən 7 mln.747 min manat əldə ediblər, bu da 2017-ci ildə olduğundan 3 mln. manat çoxdur.
Reklam gəlirlərinin 89,2% (6,9 mln. manat) teleşirkətlərin payına düşür. Yerli radiolar reklamdan 360,2 min manat (-49%), internet resurslar 474,5 min manat (+34,4%) qazanc əldə edib. Biznesdən qəzet və jurnalların gəliri simvolik 100 manat olub. 2014-cü ildə isə çap KİV-in reklamdan gəliri 1,4 mln. manatı üstələyirdi.
@Turan.az