Türkiyənin ən böyük mobil operatoru "Turkcell" üç Ukrayna şirkətindəki bütün aktivlərini Fransanın "NJJ Capital" şirkətinə ötürmək qərarına gəlib.
“Turkcell” Azərbaycanda kibertəhlükəsizlik xidmətləri təklif edəcək - MÜQAVİLƏ İMZALANDI
FED.az Türkiyənin məlumatların ictimaiyyətə açıqlanması üzrə dövlət platformasının saytına istinadən xəbər verir ki, söhbət üç MMC-dən - "Lifecell", "Global Bilgi" və "Ukrtower"dən gedir
“Şirkətimizin direktorlar şurasının 20 dekabr 2023-cü il tarixli qərarı çərçivəsində 29 dekabr 2023-cü il tarixində törəmə şirkətlərimiz olan "Lifecell" MMC, "Global Bilgi" və "Ukrtower" MMC-nin səhmlərinin bütün hüquq və borcları ilə birlikdə "NJJ Capital"a ötürülməsi haqqında müqavilə imzalanıb. Sövdələşmə haqqında məlumat tam və vaxtında ictimaiyyətə çatdırılacaq”,- "Turkcell" platformanın saytındakı bildirişdə açıqlayıb.
Qeyd olunur ki, aktivlərin faktiki transferi hələ həyata keçirilməyib, əməliyyatın dəyəri və onun yekun şərtləri ilə bağlı danışıqlar prosesinə başlanılıb.
Saytda "Turkcell"in bu şirkətlərdəki aktivlərinin 100%-ni köçürəcəyi bildirilir. "Lifecell"də Türkiyə şirkətinin hazırkı məzənnə ilə 334 milyon dollar, "Global Bilgi"də 1,2 milyon dollar, "Ukrtower"də 51,6 milyon dollar dəyərində səhmləri var. (Marja)