“Turkcell” kibertəhlükəsizlik sahəsində innovativ məhsul və xidmətlərin ixracına dair mühüm beynəlxalq müqavilə imzalayıb.
Kiberdələduzlar məlumatlarınızı bu yolla - ƏLƏ KEÇİRİR
FED.az xəbər verir ki, “Quantum Cyber Technology” ilə imzalanan bu müqavilə ilə “Turkcell” Azərbaycanda maliyyə sektoru başda olmaqla müxtəlif qurum və şirkətlərə kiberyetkinlik təhlili, kiberhücumların monitorinqi-qarşısının alınması, kibertəhlükə kəşfiyyatı, şəxsiyyətin əldə edilməsinin idarə edilməsi və zəifliklərin idarə edilməsi kimi texnoloji xidmətlər təqdim edəcək.
“Turkcell” Azərbaycan bazarına təkcə məhsullar deyil, həm də yeniliklər ixrac edəcək.
Müqavilə çərçivəsində “Turkcell”in kibertəhlükəsizlik sahəsində məhsul və xidmətləri “Quantum Cyber Technology” ilə əməkdaşlıq çərçivəsində Azərbaycan bazarına açılacaq. Azərbaycan Françayzinq Assosiasiyası (AFA) da bu prosesdə koordinasiya dəstəyi verəcək. Əməkdaşlıq sayəsində Azərbaycanda müxtəlif qurum və şirkətlərə, xüsusən də maliyyə sektoruna kiberyetkinlik təhlili, kiberhücumların monitorinqi-qarşısının alınması, kibertəhlükə kəşfiyyatı, şəxsiyyətə girişin idarə edilməsi, zəifliyin idarə edilməsi kimi bir çox fərqli sahədə hərtərəfli xidmətlər təqdim ediləcək.
“Turkcell” Azərbaycan texnologiya bazarına ixrac edəcəyi yerli kibertəhlükəsizlik məhsul və xidmətləri ilə yanaşı, illər ərzində topladığı innovativ biliklərini də paylaşacaq. “Turkcell”in ötürəcəyi kibertəhlükəsizlik bilikləri sayəsində Azərbaycanda sektorun inkişafına töhfə vermək və kritik qurumların kibertəhlükəsizliyini təmin etmək məqsədi daşıyır. (Azərtac)