ABŞ-ın Nyu York şəhərində, məşhur "Times" Meydanında bir neçə müddətdir ki, Azərbaycanla bağlı posterlər yayımlanır. Bu dəfə "Times" Meydanında Şuşa posteri yayımanıb.
FED.az xəbər verir ki, bu barədə Mediamark Agentlyinin rəhbəri Orxan Rzayev məlumat verib: "Azərbaycan şirkəti olan Mediamark Agentliyi bu ilin əvvəlindən ABŞ-da da fəaliyyət göstərməyə başlayıb və ABŞ'ın böyük şəhərlərində bilbord və monitorlarda reklam yayımlamaq xidməti verir.
Bundan öncə Minifutbol yığmamızın Avropa Çempionluğu barədə və güləşçimiz Elman Ağayevin Avropa Çempionluğu barədə posterləri "Times Square"də yayımlatmışdıq. Bu dəfə Qarabağla bağlı məlumatları ABŞ küçələrində təbliğ etməyə başladıq. İlk olaraq gördüyünüz Şuşa posterini yayımlatdıq.Poater istedadlı dizayner Nicat Qəribov tərəfindən hazırlanıb. Bu fəaliyyəti davamlı etməyi düşünürük".
Orxan Rzayev bildirib ki, ötən il adi sifarişçi kimi Şuşa ilə bağlı poster yayımlatmağa cəhd etsələr də, imtina almışdılar. Amma indi Agentlik olaraq bu cür təbliğat posterlərini yayımlada bilirlər.
(Fins.az)