Bu ilin yanvar-aprel aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 1 milyard 122,3 milyon manat dəyərində xidmət göstərib.
Bu barədə FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8% çoxdur.
Dövr ərzində göstərilən xidmətlərin 74,6%-i əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 34,7%-i və ya 388,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.