10.01.2023-cü il tarixdən etibarən "Azercell"in Kabinetim mobil tətbiqində hal-hazırda mövcud olan "Mobil Ödəmə" xidməti ləğv ediləcək.
FED.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildiriir ki, abunəçilər "Mobil Ödəmə" xidmətindən qeyd olunan tarixədək yararlana bilərlər.
Eyni zamanda şirkət elan edib ki, 21.09.2022-ci il tarixdən etibarən "Azercell" abunəçilərinin istifadəsinə "akart" xidməti təqdim edilib. "akart" abunəçilərə mobil ödəmə xidməti çərçivəsində bir çox servislərdən və daha geniş partnyor şəbəkəsindən yararlanmaq imkanını təqdim edir.