Azərbaycanda rəqəmsal savadlılığın qiymətləndirilməsi layihəsinə başlandı.
Nazir müavini:2026-cı ilin sonunadək 1 milyon vətəndaşın rəqəmsal ID-dən istifadə etməsi hədəflənir
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri Ceyhun Hüseynzadə deyib.
O bildirib ki, bu layihə Beynəlxlaq Telekommunikasiya İttifaqı ilə keçirdiyimiz ikinci layihədir. İlk layihədə biz ittifaq ilə bir yerdə Azərbaycanın rəqəmsal inkişaf statisitikasını qurmuşduq. Lazımlı datalar, yəni statistikalar Azərbaycan statistika komitəsindən toplandı. 2023-cü ildə Azərbaycanda rəqəmsal savadların qiymətləndirilməsi layihəsinin iki əsas məqsədi vardı. Qeyd edim ki, Rəqəmsal İnkişaf Nazirliyinin bir neçə fəaliyyətləri var, bu layihə də həmin fəaliyyətlərin tərkib hissədir.
Biz ümmiyyətlə başa düşmək istəyirdik ki, ölkəmizdə insanların rəqəmsal savadlılıq səviyyəsi digər ölkələrlə müqayisədə hansı mövqedədir.
"Qiymətləndirmə 13 iqtisadi rayonda cəmiyyətin 4 əsas kateqoriyası üzrə aparıldı. Bu kateqoriyalar dövlət sektoru, özəl sektor, universitetlər, yəni təhsil sektoru və ev təsərrüfatları, yəni əhali arasında aparıldı.
İlk qiymətləndirmə layihəsidir, artıq hesabat hazırdır, inanıram ki, maraqlı nəticələr var. Hal-hazırda BTİ hesabatın son dizayn işlərini aparır və mən ümid edirəm ki, tezliklə hesabat hazır olacaq və ictimaiyyət ilə paylaşılacaq". - deyə Ceyhun Hüseynzadə bildirib.