İki ildən sonra Azərbaycan əhalisinin 65%-nin ilkin rəqəmsal bacarıqlara malik olmasına nail olmağı hədəfləyirik.
FED.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında deyib.
O bildirib ki, 2026-cı ilin sonunadək Azərbaycanda 1 milyon vətəndaşın rəqəmsal ID-dən istifadə etməsinə, ölkə əhalisinin 65%-nin ilkin rəqəmsal bacarıqlara malik olmasına nail olmaq hədəflənir: "Ökədə rəqəmsallaşma ilə bağlı inkişaf strategiyası hazırlanıb. Strategiya rəqəmsal hökumət, cəmiyyət, biznes kimi üç sütunu əhatə edir. Məqsədimiz bu strategiya əsasında rəqəmsallaşmanın əhatə dairəsini genişləndirməkdir."