“Vero” adlı yeni sosial platforma istifadəyə verilib.
FED.az xəbər verir ki, yeni sosial platforma “Facebook” (“Facebook”a daxil olan “Instagram”, “WhatsApp”) rəqib gəlir.
Yeni platforma vəd edir ki, ilk bir milyon nəfər “Vero”dan ömür boyu pulsuz istifadə edəcək. Platformanın rəsmilərinin belə bir bəyanatından sonra, qeydiyyatdan keçənlərin sayı sürətlə artmağa başlayıb.
Sadəcə mobil cihazlara işləyən “Vero”da foto, link, musiqi, film, kitab, məkan paylaşa bilərsiniz. Platforma kontent tiplərini səliqəli şəkildə istifadəçiyə təqdim edir. Ekspertlər isə deyir ki, yeni sosial platforma “Facebook”un izləmə sistemini, “Twitter”in informasiyanın axın sistemini + “Path” + “Getglue” + “Goodreads” + “Tumblr” ən yaxşı funksiyalarını özündə cəmləşdirir.
Qeyd edək ki, daha əvvəl “Vero” kimi “Ello”, “tsu”, “Peach”, “Yo”, “Tribe” sosial platformalar yaradılmışdı. Amma uğurlu olmamış bazarı tərk etmişdilər.
Xatırladaq ki, “Vero” ilk dəfə 2015-ci ildə bazara Livanın sabiq baş nazirinin oğlu tərəfindən təqdim edilmişdi. Bildirilir ki, 2018-ci ildə platformanın yenilənmiş veriyası da milyarder iş adamlarından birinə məxsusdur. Elə buna görə də, platforma ilk dövrlər istifadəçilərə pulsuz və reklamsız model təklif edə bilir.
Facemark.az