“Kontakt” mağazalar şəbəkəsinin dəstəyi və “FemTech” platformasının təşkilatçılağı ilə “Her Improvement” proqramının dördüncü – “Biznes və proqramlaşdırma təlimləri” mərhələsi uğurla başa çatıb.
Yeniyetmə qızların inkişafına yönələn proqramın bu mərhələsində 25 nəfər proqram iştirakçısına intensiv “Proqramlaşdırma”, “İnnovativ sahibkarlıq və startap düşüncə tərzi”, “Biznes Model Kanvas”, “Strateji planlaşdırma”, “Bazar araşdırması”, “Minimum işlək məhsul”, “Müştəri əlaqələri və satış” həmçinin “Büdcə planlanması” mövzularında təlimlər keçirilib.
Qeyd edək ki, “Kontakt”ın dəstək olduğu “Her Improvement” layihəsinin əsas məqsədi 12-16 yaşlı yeniyetmə qızlara təşəbbüskarlıq, sahibkarlıq, innovasiya, biznes, startap və netvörkinq mövzularında bilik və bacarıqlar qazandırmaq, bununla da Azərbaycanda qadın sahibkarlığını inkişaf etdirmək və ölkədə olan qadın startap-innovativ biznes təsisçilərinin sayını artırmaqdır.
Layihənin növbəti – inkubasiya (mentorinq) mərhələsində iştirakçılar komanda olaraq biznes və proqramlaşdırma üzrə mentorlarla mütəmadi görüşmə və onlara suallarını ünvanlama imkanı qazanacaqlar. Proqramın final mərhələsinin isə avqust ayında reallaşması nəzərdə tutulur.
Xatırlaqdaq ki, hər zaman sosial məsuliyyət fəaliyyəti ilə seçilən “Kontakt” “Qadınlar İnkişafı Proqramı”na sadiq qalaraq bu istiqamətdə davamlı layihələr həyata keçirir.
Hazırda şəbəkənin Azərbaycan üzrə ümumilikdə 34 mağazası, Gürcüstanın paytaxtı Tbilisidə 2, kontakt.az və kontakt.ge onlayn mağazaları fəaliyyət göstərir. Sizə ən yaxın mağazanı buradan tapa bilərsiniz.