Morgan Stanley-in analitiklərinin son təhlilinə görə, iPhone 16, son illərin ən az seçilən iPhone modeli olaraq önə çıxır.
iPhone 16-nın Azərbaycanda satışa çıxarılaçağı tarix açıqlandı - QİYMƏT
FED.az xəbər verir ki, AppleInsider tərəfindən verilən bu təhlildə, əvvəlcədən sifariş və çatdırılma müddətlərinə əsaslanan sorğu iPhone 16-ya tələbatın sələflərindən əhəmiyyətli dərəcədə aşağı olduğunu ortaya qoyur.
Təhlilin ən mühüm göstəricisi telefon sifarişi ilə çatdırılma arasındakı vaxt olan “göndərmə vaxtı” idi. Bu müddət iPhone 16 Pro Max modelində orta hesabla 25,5 gün olaraq qeyd edildiyi halda, keçən ilki iPhone 15 Pro Max modelində bu müddət 43,5 gün olub. Eyni şəkildə, iPhone 16 Pro modeli üçün vaxt 18,5 günə enərkən, iPhone 15 üçün bu müddət 32,5 gün oldu. Əsas model iPhone 16 üçün yalnız 9 günlük bir müddət bildirildi. Bu, keçən ilki iPhone 15 üçün bildirilən 14 gündən xeyli qısadır.
Bu məlumatlara görə, Morgan Stanley iPhone 16-nın daha az populyar olduğu qənaətinə gəlir və Apple-ın istehsal sifarişlərini azalda biləcəyini proqnozlaşdırır. Bununla belə, analitiklər onu da vurğulayırlar ki, erkən sifariş məlumatları həmişə uzunmüddətli satışların dəqiq göstəricisi deyil. Bu dövrlərdə Apple-ın səhm idarəetmə strategiyasının da təsirli ola biləcəyi bildirilir.
Yenə də Morgan Stanley analitikləri qeyd edirlər ki, ilkin satış rəqəmlərinə əsaslanaraq qəti nəticə çıxarmaq çətindir. Xüsusilə regional fərqlər və artan qiymətlər iPhone 16 satışlarına təsir edə bilər. Məsələn, Rusiyada qiymət artımına baxmayaraq, iPhone 16 sifarişlərində artım var.