Biz Azərbaycan bazarında Hindistan məhsullarının çeşidini artırmağı planlaşdırırıq.
Eləcə də bax: Azərbaycanla Hindistan arasında ticarət həcmi - ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Azərbaycan-Hindistan işgüzar görüşü zamanı deyib.
"Hindistan uzun müddətdir ki, Azərbaycan bazarında mövcuddur, amma biz Hindistan məhsullarının çeşidini artırmaq istərdik", - deyə səfir bildirib.
Onun sözlərinə görə, Hindistan Azərbaycan bazarına informasiya texnologiyaları və elektron avadanlıqlar, mobil telefonlar təqdim edə bilər.
Səfir əlavə edib ki, Azərbaycan Hindistan məhsulları üçün vacib bazarlardan biridir.
"2021-ci ildə Hindistanla Azərbaycan arasında ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 27 faiz artıb. Bu isə iki ölkə arasında sıx əməkdaşlığın olduğunu göstərir", - B.Vanlalvavna deyib.