Azərbaycanla Hindistan arasında ticarətin həcmi 2021-ci ildə illik ifadədə 27% artıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna bildirib.
Onun sözlərinə görə, bu göstəricinin artırılmasına böyük imkanlar var və bu, əsas prioritetlərdən biridir.
"Hindistanla Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün çox böyük imkanlar var. Azərbaycan 10 milyondan çox əhalisi olan, həmçinin ümumi daxili məhsulu 50 mlrd. ABŞ dollarından çox olan bir ölkədir. Hindistan məhsulları üçün Azərbaycan bazarı kifayət qədər imkanlar yaradır", - səfir əlavə edib.
Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il Azərbaycanın Hindistana ixracı 594 mln. ABŞ dolları, idxal isə 144,7 mln. dollar təşkil edib.