“Google” şirkəti “Messenger”i daha da məşhurlaşdırmaq üçün yenilik edəcək.
FED.az xəbər verir ki, “Google” şirkəti yeni proqramını tanıtmaq üçün strategiyanı dəyişdirib. Belə ki, şirkət xüsusi “Android” əməliyyat sisteminin populyarlığından istifadə etməyə qərar verib.
Yeni proqram “Android Messenger”in tətbiqini tezliklə yeniləyərək yalnız SMS və MMS-lə işləməyə imkan verəcək. Proqram eyni zamanda, spamla mübarizə üçün də özəlliklərə malikdir. Proqramdan istifadə etmək üçün onu yeniləməlisiniz. Yenilənmədən sonra proqram avtomatik olaraq işləyəcəkdir. Yenilənmiş “Messenger” vasitəsilə smartfon sahibləri bir-biri ilə tək mətn mesajları deyil, həm də müxtəlif fayllar mübadiləsi apararaq əlaqə qura biləcəklər. Bunlardan əlavə, proqramda audio və video zəng imkanı da yaradılıb.
“Google”un “Android Messenger”inin 2019-cu ilin sonunda təqdim ediləcəyi gözlənilir. Nəticədə hər şey gözləndiyi kimi olsa, Feysbuk “Messengeri” dünyanın ən populyar “Messenger” statusunu itirə bilər.
Qeyd edək ki, şirkətin daha əvvəl də bu kimi iki uğursuz cəhdi olmuşdur.
@TED.az