Mavi rəngli ikon bir çox sosial şəbəkələrdə rəsmi və məşhur şəxslərin hesablarını fərqləndirmək, saxta hesabların onların adından paylaşım etmələrinin qarşısını almaq üçün istifadə olunur. Bu xüsusiyyət İnstaqramla yanaşı, Tvitter, Feysbukda da tətbiq olunur.
Eləcə də bax: “Facebook” tibbi maskaların reklamına - QADAĞA QOYUB
FED.az "ted"ə istinadən xəbər verir ki, Feysbuk yaxın günlərdə mavi ikonla bağlı yeniliklər edəcəyini bildirib. Yeniliklər mavi ikonun əldə edilməsi prosedurunun sadələşdirilməsi və tətbiq dairəsinin genişləndirilməsi ilə bağlı olacaq. Şirkət rəsmilərinin sözlərinə görə, dəyişikliyin əsas məqsədi istifadəçilərin şəxsi nüfuzunun güvəndə olmasına zəmanət verməkdir.
Qeyd edək ki, mavi ikon izləyicisi çox olan, paylaşımları daha çox istifadəçiyə çatdırılan hesablara verilir.