İnsanlar sosial mediada, xüsusilə də saatlarla vaxt keçirir və gün ərzində etdiklərini burada paylaşırlar. Amma bəzi məlumatlar başqalarının əlində düşdükdə təzlükəli ola bilər. Məhz buna görə, ekspertlər bildirir ki, həmin məlumatların Facebookdan hökmən silinməsi lazmdır. FED.az Facebookdan silinməsi ən vacib olan 12 məlumatı təqdim edir:
1.Doğum tarixiniz haqqında məlumat
Doğum gününüz də adınız, soyadınız və ünvanınız kimi, fırıldaqçıların sizin bank hesabınızın məlumatlarını əldə etmək üçün istifadə edilən vasitələrdən biridir.
2. Sizin telefon nömrəniz
Şəxsi telefon nömrəsinin açıq olması çoxsaylı təhlükə və naraşatlıq daşıyır. Ən yaxşı halda tanımadığınız biri sizinlə əlaqə saxlaya bilər. Ən pis halda isə, hər an sizi narahat edən birisi vaxtınızı ala bilər. Üstəlik, açıq telefon nömrəsi sizin adınızdan istifadə edilməklə müxtəlif fırıldaqlar üçün imkanlar yaradır.
3. «Dost» hesab etdiklərinizin bir hissəsini
Ola bilər ki, Facebookda sizin minlərlə dostunuz olsun, amma bunlar sadəcə şəbəkə dostudur. Əsl dostlarla bağlı araşdırmanı isə Oksford Universitetinin psixologiya bölməsinin professoru Robin Dunbar aparıb. Onun sözlərinə görə, bir nəfər uzağı 150 nəfərlə əsaslı münasibəətlər qura bilər. 3,375 Facebook istifadəçisi və onların dostlarını araşdıran Dunbar, deyir ki, bu dostların yalnız 4.1-i etibarlıdır. Hər hansı bir duygusal böhran isə dostların yalnız 13,6-nı maraqlandıracaq. Qalan faydasız insanları dost siyahınızdan çıxararsanız, daha sağlam sosial media əlaqələriniz ola bilər.
4. Uşaqlarınızın və ya kiçik ailə üzvlərinizin fotoları
Oxford İnternet İnstitutunun rəhbərlərindən olan Victoria Nash, bu mövzuda “icazə” ilə əlaqədar olaraq böyüklərdən soruşdu: Uşaqlar gələcəkdə özləri ilə bağlı olan hansı məlumatları görmək istəyəcəklər? Əvvəlki nəsillər bu barədə heç vaxt düşünməmişdilər, amma internetin və sosial medianın daha sürətli yayılması bu sualı daha vacib etdi.
5. Uşaqlarınızın oxuduğu məktəb haqqında məlumat
Böyük Britaniyada yerləşən “Uşaqlara qarşı işgəncənin aradan qaldırılması” fondunun məlumatına görə, ötən il cinsi istismar halları artıb. İngiltərədə 2013/14-cü illərdə 36 min 429 uşağın istismarı hadisəsi qeyd edilib. Bu isə son 10 il ərzində ən yüksək göstəricidir ... Bütün bunlar nəzərə alındıqda, bir uşaq təcavüzkarının bilməsini istəməyəcəyiniz ilk şey uşağınızın hansı məktəbdə oxumasıdır.
6. Yer bildiriş xidmətləri
Yer bildiriş xidmətləri yalnız Android və iPhone telefonlarında mövcuddur. Onlayn texnologiya jurnalı olan TechCrunch, 500 milyondan çox insanın Facebook-a yalnız telefonu ilə daxil olduğunu və bu da insanların online olaraq yer bildirişi etmələrinə səbəb olduğuna diqqət çəkir. Bu isə sizə zərər vermək istəyən ya da istəməyən hər hansısa birinin sizin harada olduğunuzu öyrənməyinə şərait yaradır.
7. Sizin müdiriniz və meneceriniz
Bu sosial mediada yazılmamış qaydalarından biridir! Sosial media sahələrindən biri olan Facebook, sizin iş əlaqalərinizin cidiyyətinin azalmasına səbəb olur. CEO-nuz sizin səhfənizə daxil ola, sizin hər bir paylaşımınızı görə bilər. Hətta işlə bağlı şikayətlərinizi də...
8. Şəkillərdəki məkan bildirməsi
Evdə çəkilmiş fotoda məkan bildirilməsi xidmətini tətbiq etməniz, sizin ev ünvanınızın bilinməsinə səbəb ola bilər.
9. Nə vaxt və hara tətilə getməyiniz
Sosial mediada tətil planlarınızla əlaqədar məlumatlar paylaşırsınızsa, sığorta ödənişlərini əldə edə bilməyəcəyiniz bildirilir.
10. Münasibətinizin vəziyyəti
Əgər yeni bir münasibətiniz varsa və həyəcanlısınızsa, Facebook-da paylaşmayın. Çünki bəzən hər şey yolunda getməyə bilər və “münasibəti var” vəziyyətindən “subay”a keçmək məcburiyyətində qalsanız, bu sizə pis təsir edə bilər.
11. Bank kartlarınız haaqıında məlumat
Əgər bank kartı haqqında məlumatlarınız Facebookda varsa, hesabınız oğurlandığı zaman istəməyəcəyiniz vəziyyətlə qarşılaşa bilərsiniz.
12. Təyyarə biletiniz haqqında məlumat
Təyyarə biletinizin gediş-gəliş nöqtələrinin şəkilini çəkib sosial mediada paylaşmak, sizə aid olan barkod, havayolu şirkətinə verdiyiniz bütün xüsusi məlumatlların aşkarlanmasına səbəb ola bilər.
YanıtlaYönlendir |