Dünyanın ən böyük sosial şəbəkəsi və artıq müxtəlif xidmətlər platformasına çevrilməkdə olan Facebook növbəti yeniliyə başlayıb. FED.az xəbər verir ki, Facebook Messenger üzərindən pulsuz "Send money" (pul göndərmə) və "request money" (pul alma) xidmetini istifadəyə verib.
Əslində bu xidmət 2015-ci ildə ABŞ-da başlayıb və hazırda Avstraliyada, Fransa və İngiltərədə fəaliyyət göstərir.
Facebook üzərindən pul göndərmək və ya ala bilmək üçün nə lazımdır?
1) ABŞ, Avstraliyada, Fransa və İngiltərədə yaşamalısınız.
2) 18 yaşında və ondan yuxarı olmalısınız.
3) ABŞ banklarının Visa və ya MasterCard debet kartına sahib olmalısınız.
4) Facebook hesabınız bank tərəfindən verilmiş bir bank kartı və ya PayPal hesabınız olduqdan sonra pul göndərib ala bilərsiniz.
Facebook-la pul göndərmək olduqca asandır. Sadəcə messenceri açıb pul göndəriləcək şəxsə mesaj yazmaq kifayətdir. Sistemin çalışdığı ölkələrdə messencerin ayarlarının arasında dollar işarəsi də var. "$" düyməsinə vurmaqla göndərilən məbləği daxil etmək və «ödəniş» düyməsini sıxmaq lazmdır. Əməliyyatı başa çatdırmaq üçün bank kartı məlumatları da əlavə edilir.
Pulu almaq da göndəomək kimi sadədir. Messencerdə pulu göndərən şəxsin adına daxil olaraq «almaq» dünməsinə toxunmaq və bank kartı məlumatlarını əlavə etmək kifayətdir.
Ən maraqlısı odur ki, Facebook vasitəsilə nəinki pulu göndərib almaq, hətta dost-tanışdan pul istəmək də olar. Bunun üçün messencerdə pul istəniləcək şəxsin hesabına baxaraq istənilən məbləği daxil etmək lazımdır.
Bununla yanaşı, ekspertlər bildirir ki, pul göndərməyin sadələşməsi həm də fırıldaq halların artmasına səbəb olu bilər. Ona görə də mütəxəssislər bir sıra ehtiyat tədbirləri məsləhət görürlər. Əvvəl Facebook-un özü pul göndərmə funksiyasından istifadə edənlərə tez-tez parolu dəyişməyi məsləhət görür. Bu məsləhət artıq sayılsa da, ekspertlər tövsiyə edir ki, ona əməl olunsun. Digər tərəfdən hər pul istəyən dosta pul göndərmək də məsləhət deyil, çünki onun hesabı başqaları tərəfindən ələ keçirilə bilər. Ona görə də sizdən inadla pul istəyən dostlarda başqa üsullarla əlaqə saxlayıb bu istəyi dəqiqləşdirmək lazımdır.
Qeyd edildiyi kimi, FB üzərindən pul köçürmə sistemi hələlik yalnız bir neçə ölkələ, o cümlədən Qərb ölkələrində işləyir. Amma onun dünyaya yayılması dünya maliyyə sisteminin və bankların fəaliyyətində ciddi yeniliklərə səbəb olacaq. Bu sistem banklar üçün ən böyük rəqiblərdən birinə çevrilə bilər.
"Facebook"dan banklara əsl "baş ağrısı" - YENİLİK GƏLİR
20:46
6 Sen 2018