Mark Zukerberq Facebook istifadəçilərinin xəbər lentlərində olacaq dəyişiklikləri elan edəndən sonra 3.3 milyard dollar itirib.
Bu barədə Bloomberg saytı xəbər verib. Beləliklə xəbər lentində dəyişikliklərin olacağı elanından sonra şirkətin səhmlərinin qiyməti 4% aşağı düşüb. Bunun nəticəsində Mark Zuckerberg-in 77.3 milyard dollarlıq sərvəti 74 milyard dollara düşüb. Zukerberq-in bu dərəcədə vəsait itkisinə görə o, Bloomberg-in dünyanın ən varlı insanları reytinqində 4-cü yerini itirib. İndi isə həmin yeri Zara brendinin sahibi Amancio Ortega tutur. Onun sərvəti 76.2 milyard dollar dəyərində qiymətləndirilir. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə verdiyimiz xəbərdə qeyd olunmuşdu ki, bundan sonra istifadəçilər öz xəbər lentlərində dostlarının və yaxınlarının paylaşımlarını daha çox görəcəklər. Beləliklə şirkətlərin, brendlərin və KİV-lərin kontentlərinin görünüşü bir qədər məhdudlaşdırılacaq.
©Technote
"Facebook"dakı dəyişiklikdən Zukerberq itirdi
09:38
15 Yan 2018