İKT

Facebook yeni mesencer istifadəyə verir

Facebook yeni mesencer istifadəyə verir | FED.az
16:44 27 Avq 2019

The Verge saytının jurnalistləri öyrəniblər ki, Facebook şirkətinin messencerlər siyahısı yeni tətbiq ilə genişlənəcək. FED.az Banker.az-a istinadən xəbəbr verir ki, yeni tətbiq isə Threads adlanacaq. Qeyd etmək lazımdır ki, şirkətin artıq Whatsapp və Messenger-i var. Threads tətbiqi məşhur Instagram fotoservisinə əlavə olaraq hazırlanır. Bu üsulla yeni tətbiq istifadəçilərin ünsiyyətlərini asanlaşdırmalı və digər messencerlərdə olmayan bəzi özəllikləri təqdim etməlidir. Bu ilin may ayında Instagram tərtibatçıları fotoservis istifadəçilərinin öz aralarında mesajlaşmaq üçün nəzərdə tutulmuş ayrıca Direct tətbiqinin hazırlanmasını dayandırdılar.

Həmin tətbiq 2017-ci ilin sonundan bəri hazırlanırdı. Servis rəhbərliyi bildirmişdi ki, Direct tətbiqinin beta testində iştirak etmiş insanlar özəl mesaj göndərmək üçün Instagram-dan çıxıb başqa tətbiqə keçid etmək özəlliyini bəyənmədilər. Lakin şirkət hələ də ünsiyyət vasitəsinin genişləndirilməsində maraqlıdır. The Verge saytının əldə etdiyi Threads tətbiqinin fotosundan da görmək olar ki, bu tətbiq istifadəçilərin yaxın dostlar siyahsından olan şəxslər ilə ünsiyyətləri üçün nəzərdə tutulub. Sözügedən tətbiq real zaman ərzində müxtəlif məlumatarın paylaşılmasını mümkün edəcək. Məsələn istifadəçinin yerləşdiyi yer, onun hərəkət sürəti, smartfonun enerji səviyyəsi və s. İstifadəçilər həmçinin statusları özləri də dəyişə biləcəklər.

Digər xəbərlər