“Facebook” və “Instagram” kiçik yaşlarında olan istifadəçilər üzərində nəzarəti gücləndirir. Belə ki, adıçəkilən sosial platformaların aldığı yeni qərara görə, 13 yaşından kiçik istifadəçilərin hesablarını bağlayacaqlar. Şirkət bu həmlə ilə uşaqları qorumaq mövzusunda daha aktiv olmaq niyyətindədir.
FED.az xəbər verir ki, “Facebook” və “Instagram”ın istifadəçi müqaviləsində 13 yaşından kiçiklərin adıçəkilən platformalardan istifadəsinə icazə verilmədiyi qeyd edilib. Amma bu günədək bu hesablar ancaq məhkəmə qərarı ilə bağlana bilərdi.
Hesablarını təkrar açmaq istəyən istifadəçilər isə “Facebook”a şəxsiyyət vəsiqlərini göndərməli, 13 yaşdan yuxarı olduqlarını sübut etmələri lazım olacaq. Əslində, “Instagram”ın özündə belə belə bir problemin yaranmasının səbəbi platformaya üzv olan zaman hər-hansı məhdudiyyətin olmamasıdır.
“Facebook” “TechCrunch”a açıqlamasında deyib ki, hesabları nəzarət edəcək işçiləri platformanın “yaş siyasət”ini yerinə yetirmək üçün yeni təhsil proqramına qoşulublar. Bundan başqa, ekspertlər isə deyir ki, yaş məhdudiyyətinin tətbiq olunmasının istifadəçi sayına bağlı olaraq reklam gəlirlərinin azalması ilə nəticələnə bilər.