“Facebook” şirkəti “Facebook Pay” elektron ödəmə sistemini işə saldığını elan edib. Bu barədə məlumat şirkətin saytında yerləşdirilib.
FED.az xəbər verir ki, məlumatda “Facebook Pay” xidmətinin insanlara “Facebook”, “Messenger”, “Instagram” və “WhatsApp”da rahat, təhlükəsiz, etibarlı ödəniş aparmasına imkan yaradacağı bildirilir. Yeni xidmət ödəmə informasiyasının əlavədə saxlanmasına kömək edəcək ki, nəticədə istifadəçi nəsə almaq istəyərkən ödəmə məlumatını yenidən daxil etməyəcək.
Eləcə də bax: Facebook reklama - MƏHDUDİYYƏT QOYACAQ - AÇIQLANDI
Xidmət hələ ki ABŞ ərazisində yaşayan “Facebook” və “Instagram” istifadəçiləri üçün istifadəyə veriləcək. Şirkət xidmətin gələcəkdə digər ölkələrdə yaşayan istifadəçilər üçün də əlçatan olacağını bildirir.
Apa