Facebook mühəndisləri Instagram və WhatsApp departamentlərinə keçməyə başlayıb.
FED.az xarici mediaya istinadən məlumat verir ki, Cambridge Analytica skandalından sonra işçilər digər platformalarda işləmək üçün Facebook-da müraciət edib.
The New York Times-a görə, transfer tələbləri qəbul edilməyən bəzi mühəndislər Facebook-dan istefa verməyə başlayıb.
Bu mühəndislərdən biri də keçmiş Facebook məhsulu dizayneri Westin Lohne-dir.
O, Instagram və ya WhatsApp-ə getmək yerinə birbaşa istefa edənlərdəndir.
Lohne mövzuyla əlaqədar paylaşdığı bir tweet-də belə deyib:
“Orada mənəvi, əxlaqi baxımdan bir məhsul dizaynçısı olaraq işə davam etmək çox çətin idi."
Sabah Facebook-un CEO-su Mark Zuckerberg ABŞ Konqresində skandalı ifadə verəcək.
xeberler.az