Cambridge Analytica skandalı Facebook-un böyük istifadəçi sayı itirməsinə səbəb olub.
Belə ki, Facebook-un ABŞ-da 214 milyon istifadəçisi olduğu təxmin edilir.
FED.az xarici mediaya istinadən məlumat verir, 20 milyon istifadəçinin son həftələrdə hesablarını silib.
Məlumat verdiyimiz kimi, bir Cambridge Analytica skandalından sonra sosial şəbəkəyə etiraz əlaməti olaraq #DeleteFacebook adlı kampaniya başladıldı.
Araşdırmaya görə, bu kapmaniya ilə amerikalı Facebook istifadəçilərinin 9 faizi sosial şəbəkə hesablarını silib.
Ötən gün Mark Zuckerberg ABŞ Konqresində ifadə verib.