Feysbuk şirkəti “Fashion++” adlı yeni layihəsinə start verib.
FED.az xəbər verir ki, yeni funksiya insana süni intellekt texnologiyasının tövsiyələri ilə düzgün geyim seçməyə imkan verəcək.
Eləcə də bax: "Facebook"da şəkillərlə bağlı yeni funksiya – QADAĞAN EDƏ BİLƏCƏKLƏR
Layihədə, ilk növbədə, şəkillərdəki detallara diqqət yetiriləcək. “Fashion++” istifadəçinin zahiri görünüşünü ahəngdar və qüsursuz edəcək.
Bundan əlavə, şirkətin rəsmi saytında qeyd edilib ki, layihə istifadəçini yeni geyimlər almağa təhrik etməyəcək. Alqoritm kiçik detalların köməyilə mövcud olan zahiri görünüşün yaxşılaşdırılmasına yönələcək. Yeni xidmət artıq ABŞ ərazisində əlçatandır.
TED