Dünyanın ən böyük texnologiya şirkətlərindən biri, «Facebook» və «İnstagram» kimi sosial şəbəkələrin sahibi olan «Meta» şirkəti süni intellektə keçid çərçivəsində işçilərinin bir hissəsini ixtisar edəcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, «Meta»nın işçilərinin 20%-i və ya hər 5 işçidən biri ixtisar ediləcək onları süni intellekt əvəzləyəcək.
Lakin mənbələr qeyd edirlər ki, ixtisarların son vaxtı və miqyası hələ təsdiqlənməyib.
Əgər bu planlar yerinə yetirilsə, bu, 2022-ci ilin sonu/2023-cü ilin əvvəllərində baş verən ixtisarlardan bəri ən böyük işçi qüvvəsi ixtisarı olacaq. Həmin vaxt şirkət işçi qüvvəsinin təxminən 25%-ni təşkil edən 21 000 işçi işdən çıxarılmışdı.
Xatırladaqki, 2025-ci ilin dekabr ayına olan məlumata görə, «Meta»da təxminən 79 000 nəfər işləyir.
Digər Amerika texnologiya şirkətlərində də süni intellektə keçid ciddi ixtisarlarla baş verir, belə ki, yanvar ayında «Amazon» şirkəti işçi qüvvəsinin təxminən 10%-ni təşkil edən 16 000 işçisini ixtisar etmək planlarını açıqlayıb.











