“Telegram”-ın təsisçisi Pavel Durov sutka ərzində 3 milyon yeni istifadəçinin onun messencerində qeydiyyatdan keçdiyini bildirib.
FED.az xəbər verir ki, Durov sıçrayışın səbəbini izah etməyib. Lakin eyni zaman kəsiyində “Facebook” və “Instagram”-da problemlərin olduğu məlumdur.
Adətən, “Telegram”-da ayda 9 milyona qədər, sutka ərzində isə 300 minə yaxın yeni istifadəçi qeydiyyatdan keçir. Bu məlumatı “Combot” messencerində çat ilə iş üzrə servisin yaradıcısı Fyodor Skuratov bildirib. Belə ki, onun sözlərinə görə, sutka ərzində bu qədər qeydiyyatdan keçənlərin sayı adi günün göstəricilərini düz 10 dəfə üstələyir.
Xatırladaq ki, “Facebook” və “Instagram”-ın işləməsində problem martın 13-ü axşam saatlarında başlayıb. İstifadəçilər servislərin qismən və ya tam olaraq çalışmadığı ilə üzləşib. Məsələn, onlar yazışmaları apara və yeni mesajları göndərə bilməyiblər.
mənbə: insider.az