Məlum olduğu kimi, koronavirusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb.
Eləcə də bax: Azərbaycan hökuməti vətəndaşlara - ÇAĞIRIŞ ETDİ
FED.az TED.az-a istinadən bir neçə dəqiqə sonra başlayacaq sosial izolyasiyanı nəzərə alaraq ən yaxşı 5 epidemiya filmini təqdim edir:
1. "Vəba günlərində eşq"
Məşhur Kolumbiya yazıçısı Qabriel Qarsiya Markesin eyniadlı əsərinin motivləri əsasında çəkilmiş film tərk edilmiş bir sevgilinin yeniyetməlik illərindən başlayaraq qocalığınadək davam edən, yarım əsrlik sevgisinin hekayəsidir.
Florentino Ariza 13 yaşında ilk gördüyü andan Fermina Dazaveyə aşiqdir. Ancaq qızı Fermina üçün Florentinadan daha yaxşı ər tapan ata bu sevgiyə mane olur. Həkim Juvenal Urbino isə əsl kürəkənliyə namizəddir.
Hadisələr bu məhəbbət üçbucağının ətrafında cərəyan edir.
2. "Korluq"
Portuqaliya yazıçısı Joze Saramaqonun qələmindən çıxan eyniadlı roman əsasında çəkilib. Sükan arxasında olan bir adam yaşıl işığı gözləyərkən qəflətən korlaşır. Korluğu müraciət etdiyi həkimə də keçir. Bu korluq epidemiya kimi bütün şəhərə yayılır. Öldürücü olmasa da, bütün əxlaqi dəyərləri yox etməyə qadirdir.
Bu hadisədən sonra cəmiyyət görməyən gözlərlə cinayətlərə, təcavüzlərə şahid olur. Həyatda qala bilənlər yalnız güclü olanlardır. Şəhərdə xilas olan tək insan göz həkiminin arvadıdır.
3. "Şərin iqamətgahı"
Umbrella Corporation şirkət tərəfindən idarə edilən Hive Genetik Araşdırma Mərkəzində aparılan təcrübələrdən biri zamanı yaradılan qorxulu virus ventilyasiya sisteminə düşür. Mərkəzi idarə edən süni intellekt "Qırmızı Kraliça" ("The Red Quinn") virusun yayılmasının qarşısını almaq üçün binanı möhürləyir.
Xialsetmə üçün gələn xüsusi təyinatlı dəstə üzvlərinin isə onları gözləyən dəhşətdən xəbələri yoxdur. Virusun öldürdüyü laboratoriya işçiləri zombi olub və hər biri insan qanına susamış vəhşiyə çevrilib.
4. "Mükəmməl hiss"
Maykl münasibətlərdə bağlanma problemi yaşayan, amma əla yeməklər bişirə bilən aşpazdır. Soyuq görünsə də, professional həkim olan Syuzan isə uzun zamandır şəxsi həyatına heç kimi yaxın buraxmadan sadəcə işi ilə məşğuldur.
Bir təsadüf nəticəsində qarşılaşan qəhrəmanların arasında ehtiras alovlandıqca bütün dünyada insanların duyğularını bir-bir yox edən epidemiya yayılmamqdadır. İnsanların sevmək bacarığını bir-bir itirdiyi zamanda cütlük öz sevgisini qoruya biləcəkmi?
5. "Mən əfsanəyəm"
Robert Nevil qorxunc bir virusun bütün dünyaya yayılmasının qarşısını ala bilməyən alimdir. Nyu Yorkda həytda qalan ygenə insan olan Robert bütün bilik və bacarıqlarına rəğmən epidemiyanın qabağını ala bilməyib. Sadəcə öz orqanizmində virusa qarşı immunitet yaratmağı bacarıb. Yeganə həmdəmi olan itini də itirən qəhrəmanımız çətin qərarlar qəbul etməlidir. Vaxt isə azalır...