ABŞ-ın ən böyük GSM şirkətlərindən biri olan "Verizon" artıq "Facebook"da reklam verməyəcəyini açıqladı. "Facebook"a nifrət nitqi və irqçilik paylaşımı üçün platforma açmasına etiraz edən şirkətlər arasında olan "Verizon" bu günə qədər Facebook-a reklam embarqosu tətbiq edən ən böyük şirkət olub.
Eləcə də bax: "Feysbuk" istifadəçi postlarına - MƏHDUDİYYƏT QOYA BİLƏR
ABŞ-da polis zorakılığı nəticəsində ölən Corc Floyd etirazları zamanı Facebook-un nifrət nitqinə zəmin hazırladığı iddiaları yüksək səslə səsləndirilirdi.
“Verizon”un CNN-ə verdiyi açıqlamada "Facebook bizi rahatlaşdıracaq məqbul bir həll çıxana qədər reklamlarımızı dayandırırıq" ifadəsi işlədilib.
“Verizon”dan sonra digər GSM nəhəngləri isə “AT&T” və “T-Mobile” reklam boykotunda iştirak edib-etməyəcəkləri haqqında şərh etməyiblər.
Verizon rəsmisi şirkətin “Facebook” və “İnstagram”da paylaşım etməyəcəyi barədə dəqiq bir açıqlama verməyib. Facebook Verizonun boykot edilməsi ilə bağlı bir açıqlama verməyib. “North Face” və “Unilever” şirkətlərinə aid bəzi şirkətlər əvvəllər Facebook-un reklam embarqosunda iştirak etmişdilər. Facebook bu embarqolara qarşı nifrət dolu danışma üzərində çox çalışdığını ifadə etdi və qərara hörmətlə yanaşdığını söyləmişdi.
Verizon 2017-ci ildə oxşar səbəblərə görə “YouTube” reklamlarını dayandırdı. 135 min nəfər işçisi olan Verizon 2019-cu ili 131 milyard dollar gəlir ilə başa vurdu. Sosial medianın gələcəyi üçün şirkətin öz reklamlarını “Facebook”dan çəkməsi və digər şirkətlərin oxşar qərarlar verməsi həlledici olacaq. Facebook kimi bir nəhəngin böyük qazancı reklamdır. Şirkətin bu kimi və oxşar gəlirlərdən məhrum olması platformada köklü dəyişikliklərə səbəb ola bilər.