Avstraliyada “Facebook” və “Google” xəbər agentliklərinə pul ödəməyə məcbur ediləcək.
FED.az xəbər verir ki, bu barədə ABC korporasiyası məlumat yayıb.
Eləcə də bax: Hər işçiyə 1000 dollar - MÜKAFAT VERİR
Belə ki, Avstraliyanın Rəqabət və istehlakçıların müdafiəsi məsələləri üzrə komissiyası yeni kodeks hazırlayıb.
Bu kodeksə görə, “Facebook”, “Google” və digər şirkətlər xəbər agentlikləri üçün müəyyən məbləğdə vəsait ayırmalıdırlar. Buna səbəb həmin agentliklərin onların kontentindən istifadə etməsidir.
Kodeksin öncə könüllü xarakter daşıması nəzərdə tutulsa da, koronavirus pandemiyasının xəbər agentliklərinin gəlirlərinə mənfi təsir etməsi ölkə rəhbərliyini bunu məcburi etməyə vadar edib.
Report